Ehtiyatlı olun | Qaynar çay dil xərçəngi yaradır

            Ehtiyatlı olun |    Qaynar çay dil xərçəngi yaradır
  15 Sentyabr 2024    Oxunub:1394
İsti yemək və qaynar çay dil xərçəngi riskini artıra bilər.
Rusiya Tibb Elmləri Akademiyasının Onkologiya İnstitutunun baş elmi işçisi, tibb elmləri namizədi Yevgeni Çeremuşkin belə bir xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, ağızda bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan əsas amillər siqaret, yanıqlar və dilin müxtəlif səbəblərdən (protez dişlər, dişləmə və.s) zədələnməsidir. Odur ki, siqaret çəkmək və çox isti yeməklər, qaynar su və ya çay xərçəng xəstəliyi yarada bilər.

Mütəxəssis qeyd edib ki, dildə papillomalar şəklində viral formasiyalar əmələ gələ bilər ki, bu da şiş kimi görünə bilər. Onlar adətən disbakterioz və digər mədə-bağırsaq xəstəlikləri ilə əlaqələndirilir.

Onkoloq dil xərçənginin müalicəsinin çətin olduğunu vurğulayıb və bildirib ki, həkimə vaxtında müraciət etməkdə fayda var. İlkin xarici əlamətlər güzgüdə görünən xoralar və ya böyümələr ola bilər. Digər simptomlar həkim müayinəsi zamanı üzə çıxa bilər.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti